fbpx

Mühasibatlıqda ezoterizm (4-cü hissə)

posted in: Mühasib, Məqalə, Xəbər | 0

vakansiya mühasib köməkçisiMühasibatlıqda ezoterizm (4-cü hissə) (mühasibatlıq)

3-cü hissəni oxumaq üçün keçidə daxil olun.

Yəqin ki, mühasibat uçotunun əsas problemlərindən biri, daha doğrusu, onun ezoterik tərkib hissəsi kimi hesabşünaslığın əsas problemlərindən biri ondan ibarətdir ki, bizə əsrlər boyu ezoterik bilikləri toxunulmazlıqda saxlayacaq heç bir gizli sekta, ordenlər və ya ən azı, mühasiblərin soyadları  və ya nəsil kastaları məlum deyil – əgər belə təriqətlər və ya ordenlər olsaydı, bilmək olmazdı, bəlkə də biz gil lövhəciklərdən qədim uçotu öyrənmək, bir çox illər bundan əvvəl icad edilmiş şeyləri yenidən kəşf etmək məcburiyyətində qalmazdıq. Əlbəttə, biliyin müəllimdən şagirdə ötürülməsi ənənəsi yazı ixtirasını, daha sonra isə kağız adlı optimal daşıyıcını xeyli sarsıtdı. Nəticədə, nəzarətdə olmayan çoxsaylı şəxslər arasında kağız üzərində biliklərin yazılması vasitəsilə qeyri-şəxsi ünsiyyət mümkün oldu. Mühasibat uçotunda ezotorik biliklərin mühafizəsi gizli ordeni təşkil olunmadığından, ilk çap olunmuş əsərin dünya tərəfindən bir çox əsrlər boyu hit elan edilməsi təəccüblü deyil. Buna baxmayaraq, hər hansı nizam-intizam üzrə ilk çap edilən əsərin daha yaxşı olması ehtimalı, zənnimizcə, çox azdır.

İndi düşünmək olardı ki, ezoterik müdrikliyin uzun müddət, demək olar ki, əbədi olaraq qeydə alınması, onun hərəkət radiusunu genişləndirməlidir. Lakin müzakirə etdiyimiz kütlə faktoru artıq öz mənfi rolunu oynadı: kitabları istəkli olan və az sayda neofitlərə deyil, məhz kütləyə ünvanlamaq daha sərfəli oldu. Olan oldu, biz aşkarda belə bir bədbəxtliyi müşahidə etdik: mühasibat uçotu üzrə ədəbiyyatın əsas hissəsi zəkalılar üçün deyil, müəlliflərdən daim ardını tələb edən mədə üçün qida xidməti göstərməyə başladı – buna qarşı nəsə etmək mümkün deyildi və etmək də lazım deyildi; bununla yanaşı, xüsusi ədəbiyyat hesabdarlığa qoşulmaq üçün yeganə üsul olaraq qalır. Çünki mühasibat uçotu sahəsində neofitin bu gün üçün başqa imkanları yoxdur.

İstənilən ezoterik cərəyanın nümayəndələri kütlədə bir-birini müəyyən etməyə imkan verən xüsusi tanınma nişanlarına malikdirlər: belə tanınma nişanı hesabşünaslıqda, şübhəsiz ki, xüsusi ədəbiyyatla tanışlıqdır – təbii ki, bu cari qanunvericiliyə deyil, mühasibat uçotunun metodologiyasına həsr olunub və bu metodologiyadan bizim kədərli gerçəkliyimizi daha mənalı mövqelərdən interpretasiya etməyə imkan verən bir çox maraqlı ideya və faktlar əldə etmək mümkündür.

“Hesablar və qeydlər haqqında traktat”ın dərc edilməsindən keçən beş əsr ərzində o qədər ağıllı və ən azından maraqlı əsərlər yazılıb ki, bu intellektual zənginliklə tanış olmaq heç də günah deyil. Hesabdarlığın gizli adeptlərinin kütləsindən fərqlənəcəyi digər işarələr bizə məlum deyil – hər halda bizə məlum deyil –  baxmayaraq ki, bu cür şeylərin olması pis olmazdı. Amma elmi fəaliyyət, şübhəsiz ki, bir neçə seçilmişlərin qisməti olmaqla yanaşı, üzvlük haqqı ödəyərək iştirak edə biləcəyiniz elit klub da deyil: velosiped icad etmək bacarığını, yalnız onu icad etməklə sübut edə bilərsən. Baxmayaraq ki, mühasibat uçotu elə bir nisbi fəaliyyətdir ki, hətta velosipedi icad etsən belə, hələ ölümdən yüz il sonra da belə sözlər eşidəcəksən ki, sən əslində heç bir velosiped icad etməmisən, çünki bütün mühasiblər qanunvericiliyə müvafiq olaraq hələ də piyada gəzməkdə davam edirlər.

Sözsüz ki, hesabşünaslığın ən müasir mərkəzləri ali təhsil müəssisələri nəzdində mühasibat uçotu kafedralarıdır: mühasibat uçotu sahəsində onlarla müdriklərin adlarını məhz kafedralarda eşitmək olar, halbuki təcrübə keçən mühasiblərə yalnız Paçolinin adı məlumdur; keçmişin irsi ilə tanış olanların çoxu, eləcə də neofitlər məhz, mühasibat uçotu kafedralarında kök salıblar, yəni, prinsipcə təkcə velosiped sürməyi bacaranlar deyil, həm də onu icad etməyə qadir olanlar da oradadır.

Əlbəttə, heç bir elmi dərəcə aidiyyət haqqında şəhadət verə bilməz – hesabdarlıqla deyil, hesabşünaslıqla məşğul olan çoxlu sayda professorlar var – əgər hesabdarlıq özlüyündə fəaliyyət sahəsini təmsil edirsə, onda niyə əslində hesabdarlıq sahəsində professorlar olmasın? –  lakin, bu cür professorlar hesabşünaslıqdan, hesabdarlığın sahəsindən tamamilə fərqli bir sahədə professorlardır, hansı ki, tam şəkildə fəxri və hörmət ediləsi xadimlər ola bilərdilər, baxmayaraq ki, onlar yenə də velosiped ixtiraçısı deyil, yalnız onu sürməyi bacaranlardır. Təbii ki, kafedralarda fitnə-fəsad sahəsində mahir usta olan məmur-şarlatanlar çoxdur, lkin söhbət onlardan deyil, özlərini əsl elmə həsr edənlərdən, ezoterik biliklər ətrafında qruplaşan, yəni, elm adamlarından gedir.

5-ci hissəni oxumaq üçün keçidə daxil olun.


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!