Online şəkildə elektron kitab aldıqda ƏDV hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

mühasibatlıq, ibrətamiz ifadələr, Mühasibatlığın əhəmiyyəti, vakansiya,mühasib,Sual: İnternet vasitəsilə elektron kitab və video-materiallar almaq istəyirəm. Vergi məcəlləsinin 164.1.7-ci maddəsinə əsasən kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr ƏDV-dən azaddır. Bilmək istərdim ki, Elektron kitabın və video materiallarının alışı zamanı məndən 18% ƏDV tutulacaq? Elektron kitab və video materiallar kütləvi informasiya vasitələri məhsulu sayılır?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, vergi ödəyicisi kimi qeydiyyata alınmayan şəxslər tərəfindən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğə ödənişi həyata keçirən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV hesablanmalı və büdcəyə ödənilməlidir.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
elektron kitab, ƏDV
Print Friendly, PDF & Email