Paypointlə ödənən xərclərimiz gəlirdən çıxılır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Paypoint ilə ödənən xərclərimiz gəlirdən çıxılır?

Sual: Telefon danışığına görə mən Azərcellə pul ödəyirəm (Paypoint vasitəsilə). Bu halda mən Paypoint-in çekinə görə həmin məbləği xərcə sala bilərəm?
Bax: Təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi necə nəzərə alınır?

Cavab: Xidmət haqlarının poçt və ya bank vasitəsilə, ödəniş terminalları və pos-terminal vasitəsilə ödənilməsi zamanı əldə olunan qəbzlər vergi ödəyicisinin çəkilən xərclərini təsdiq edən sənəd hesab edilir.

Vergi Məcəlləsinin 109.8-ci maddəsinin müddəaları yalnız malların alışına münasibətdə tətbiq edilir və həmin maddədə nəzərdə tutulan qəbzlərə Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi hesabat blankları olan mədaxil qəbzləri də aid edilir.  Sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənədlər Vergi Məcəlləsində nəzərdə tutulan qaydada həmin malları təqdim edən şəxslər tərəfindən malların alıcılarına verilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura hesab edilir.

Bax: Mənfəət vergisi bəyannaməsinin 229-cu və 221.4-cü sətirlərində olan xərclər hansı hallarda ayrıca və ya birlikdə yazılmalıdır?

Bunlarla yanaşı vergi ödəyiciləri tərəfindən digər vergi ödəyicisinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqları yalnız bank hesabından köçürmə yolu ilə nağdsız qaydada həyata keçirilməlidir.

Bax: Vergi Məcəlləsinin 109.8-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1-ci və 3.2-ci maddələri ilə tənzimlənir.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email