Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi hansı qaydada rəsmiləşdirilməlidir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

pərakəndə ticarət Məhsulların istehsalını və satışını həyata keçirən müəssisə tərəfindən həmin məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi hansı qaydada rəsmiləşdirilməlidir?

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»nın 3.5-ci bəndinə əsasən, pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərindən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması «Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası» ilə sənədləşdirilir.

Həmçinin bax: Geri qaytarılan məbləğ ƏDV bəyannaməsinin hansı sətrində qeyd edilməlidir?

Qeyd olunanlara əsasən:

İstehsalçı müəssisə tərəfindən istehsal olunan məhsulların müəssisəyə məxsus təsərrüfat obyektlərində (subyektlərində) pərakəndə qaydada satışının həyata keçirilməsi məqsədilə həmin məhsulların satış üçün istehsal müəssisəsindən pərakəndə götürülməsi və ya qaytarılması «Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası» ilə sənədləşdirilməklə rəsmiləşdirilir.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email