Polşada həyat: müsbətlər və mənfilər

posted in: Məqalə, Xəbər | 0

Polşada həyatPolşada həyat. Müsbətlər və mənfilər.

1989-cu ildə kommunist rejiminin dağılmasından sonra bu ölkədə hər şey çox sürətlə dəyişməyə başladı. 2004-cü ilin may ayında isə Polşa adında bir Avropa dövləti meydana çıxdı, amma bu tamamilə yeni bir ölkə idi: əla yolları, inkişaf edən iqtisadiyyatı, yaxşı əməkhaqqı, perspektivli iş yerləri və gözəl təhsili ilə.

Həmçinin bax: Polşa barədə 25 maraqlı fakt

Polşada həyat səviyyəsi

Hazırda Polşa Avropa Birliyinin ən firavan ölkələrindən biri hesab olunur. Statistik dil ilə danışsaq, ölkənin nail olduğu göstəricilərə nəzər salaq:

  • iqtisadi inkişaf səviyyəsinə görə Polşa AB ölkələri sırasında 7-ci yeri tutur. Hər bir polyakın illik gəliri 25 min dollara çatır. Düzdür, bu daha çox inkişaf etmiş Avropa ölkələrindəkindən aşağı göstəricidir. Amma. nəzərə almaq lazımdır ki, Polşa Avropa yoluna çox yaxın keşmişdə ayaq basıb və artıq xeyli irəliləyişlərə nail olub. Hələ 2016-cı ilin iyul ayında bu ölkədə bir saata görə minimal əməkhaqqı ödənişi 12 zlotı səviyyəsində müəyyən edilib. Bu o deməkdir ki, Polşada minimum maaşlar 500 dollar təşkil edir.
  • işsizlik səviyyəsinə görə (7,5% göstərici ilə) 9-cu yeri tutur – əmək qabiliyyətli əhalinin 60 faizindən çoxu leqal şəkildə yaxşı əməkhaqqı ödənilən sahələrdə çalışır.
  • Polşa vətəndaşlarının 90 faizi orta təhsil alıb və əla peşə hazırlığına malikdirlər.
  • Polşa Avropa ölkələri içərisində yaşayış şərtlərinə görə ən ucuz ölkə sayılır.
  • polyakların 80 fazindən çoxu öz həyat səviyyələrindən razıdılar və sabahkı günə böyük ümidlə baxırlar. Onlar bilirlər ki, lazım gəldikdə ölkə vətəndaşlarını sosial cəhətdən qorumağa malikdir: pensiyalar, müavinətlər və digər maddi ödənişlər vaxtlı-vaxtında verilir.
  • Polşada orta ömür 77 yaş təşkil edir ki, bu da Avropadakı orta yaş həddindən 3 il aşağıdır, amma ölkədə tibbi xidmətin səviyyəsi ildən ilə yüksəlməkdədir.
  • Əhalinin 95 faizi hər cür kommunal şəraitlə təmin olunmuş evlərdə yaşayırlar.
  • Polşa çox təhlükəsiz ölkə hesab olunur. Burada zorakılıqla müşahidə olunan cinayətlər Avropada ən aşağı faiz hesab edilir.
  • Polşada ölkə vətəndaşlarının yaşayışı onlardan ötrü olduqca komfortludur və həyat səviyyəsi aşağı olan ölkələrdə yaşayan polyaklar üçün öz dövlətləri daha cəlbedici görünür. Polyakların bir hissəsi öz ölkələrinə qayıtmağa başlayıblar. Burada yeni həyata başlayan digər ölkə vətəndaşları da az deyil. Həm də bu ölkəyə leqal daxil olmaq elə də çox çətin deyil.
  • Polşa xüsusilə ukraynalılar üçün çox sərfəlidir, belə ki, dil maneəsini ukraynalılar üçün cəmi bir neçə ay ərzində aşmaq mümkündür.
  • Burada iş tapmaq da çətin deyil: əmək bazarında müxtəlif vakansiyalar – müxtəlif fəhlə işlərindən tutmuş, ən yüksək ixtisas səviyyəli işlər təklif edilir. Polşalılar leqal çalışmağa üstünlük verirlər, elə gəlmələr də bu imkandan yararlana bilirlər. Leqal çalışan əcnəbilər rəsmi əmək stajı olduqda  və vergiləri ödədikdə, gələcəkdə pensiya almaq hüququna da malik olurlar.
  • Polşada həyatƏrzaq məhsulları əhali üçün əlçatandır, belə ki, Polşada əməkhaqqı və ərzaq mallarının qiymətləri balanslaşdırılır. Hətta ən minimal əməkhaqqı alanlar belə, öz rasionlarına zəruri ərzaqları daxil edə bilirlər: ət, süd məhsulları, balıq, meyvə və tərəvəz. Həmçinin qeyd etmək lazımdır ki bütün məhsullar çox keyfiyyətli olur, çünki müvafiq xidmətlər buna ciddi nəzarət edirlər.
  • Şəxsi istifadədə avtomobilin olmasını polyaklar çoxdan zənginlik hesab etmirlər: onlar salonlardan yeni avtomobillər və ya istifadədə olmuş maşınlar alırlar, bundan ötrü seçim çox böyükdür.
  • Polşa artıq 10 ildən çoxdur ki, avropa Birliyinin üzvüdür və bu onun vətəndaşlarına bütün şengen zonası üzrə sərbəst şəkildə hərəkət etməyə imkan verir
  • Polşa universitetlərində əla Avropa təhsili almaq olar, təhsil haqqı da çox yüksək deyil. Polşa diplomları istınilən Avropa ölkəsində işə düzəlmək imkanı verir.
  • Polşada hava şəraiti də çox yumşaqdır: yay elə də isti keçmir, qışda isə çox nadir hallarda soyuqlu günlər olur. Bu cür hava şəraiti kənd təsərrüfatı üçün də çox əlverişlidir. Yeri gəlmişkən, Polşada kənd təsərrüfatı sahəsi çox inkişaf edib.

Həmçinin bax: Norveçlə bağlı maraqlı və əsrarəngiz faktlar (1-ci hissə)

Polşada həyat sahəsindəki çatışmazlıqlar

  • Şübhəsiz ki, buradakı həyatı ideallaşdırmaq olmaz. Bir çox ölkələrdə olduğu kimi buranın da öz çatışmazlıqları yox deyil.
  • Qərbi Avropa ölkələri ilə müqayisədə polyakların həyat səviyyəsi aşağıdır. Bunu elə polyakların əməkhaqqı barədə də söyləmək olar.
  • Polyak dilini yüksək səviyyədə bilməyən mühacirlərin prestijli şirkətlərdə yüksək vəzifələr tutmaq şansı yoxdur.
  • Polşa ərazilərində mühacirlərin sayının artması və bununla bağlı cinayətkarlıq səviyyəsinin yüksəlməsi də narahatlıq doğurmaya bilmir.
Həmçinin bax: Allen Carr – Dünyanı dəyişən mühasib

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *