İlk 6 ayda qeydiyyatdan keçən təsərrüfat subyektlərinin sayı açıqlanıb

posted in: Xəbər | 0
birbank biznes

təsərrüfat subyektləriCari ilin yanvar-iyun ayları ərzində qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin sayı 14 min 161 olub, 18 min 92 təsərrüfat subyekti isə fəaliyyətini bərpa edib.

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən verilən məlumata görə, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artıb. Yarım ildə vergi ödəyicilərinin qeydiyyat prosedurlarının təkmilləşdirilməsi və vergi inzibatçılığı proseslərinin sadələşdirilməsi məqsədilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatında istifadə olunan proqram təminatında da bir sıra dəyişikliklər aparılıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bundan əlavə, istifadəçilərə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı proseduru çərçivəsində ƏDV məqsədləri üçün qeydiyyat və bank hesabı açmaq üçün şəhadətnamə-dublikat alınması barədə ərizələrin təqdim edilməsi və iş tipli sertifikatın əldə edilməsi imkanları yaradılıb. Yerli investisiyalı kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı ilə bağlı 3 dildə məlumat hazırlanaraq Vergilər Nazirliyinin internet səhifəsində (www.taxes.gov.az) yerləşdirilib.

Mənbə: azertag.az

Həmçinin bax: Yarım ildə vergi orqanlarına nə qədər müraciət daxil olub??

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email