Türkiyə vergi rejimi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Türkiyədə vergi2-ci hissə

ƏDV ödəməkdən aşağıdakı fəaliyyət növləri azad olunur:

  • Mal və xidmətlərin ixracı
  • Qarşılıqlı prinsiplər əsasında rouminqlə bağlı beynəlxalq sazişlərə uyğun olaraq Türkiyə sərhədlərindən kənarda olan türk istehlakçılara göstərilən rouminq xidmətləri
  • Rüsumsuz zonalarda fəaliyyət göstərən, sifarişçilərlə bağlanmış müqavilələr əsasında istehsal
  • Neft axtarışları ilə bağlı fəaliyyət
  • Limanlar və aeroportlarda dəniz və hava nəqliyyatına aid nəqliyyat vasitələrinə göstərilən xidmətlər
  • İnvestisiya sertifikatına uyğun olaraq maşın və digər qurğuların tədarükü
  • Tranzit daşımaları
  • Qarşılıqlı prinsiplər əsasında beynəlxalq sazişlərə uyğun olaraq diplomatik nümayəndəliklər və konsulluqlar üçün tədarük və xidmətlər
  • Bankçılıq və sığorta əməliyyatları üzrə vergiyə cəlb olunan bank və sığorta əməliyyatlar
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xüsusi istehlak vergisi

Müxtəlif vergi dərəcələrində xüsusi istehlak vergisi tətbiq olunan dörd əsas məhsul qrupu mövcuddur:

  • neft məhsulları, təbii qaz, sürtkü yağları, həlledicilər və onların törəmələri
  • avtomobillər və digər nəqliyyat vasitələri – motosikletlər, təyyarələr, vertalyotlar, yaxtalar
  • tütün və tütün məhsullar, alkoqollu içkilər
  • zinət əşyaları

Hər bir tədarük zamanı vergiyə cəlb edilən ƏDV-dən fərqli olaraq xüsusi istehlak vergisi bir dəfə tutulur.

Bank fəaliyyəti və sığorta əməliyyatları ilə bağlı vergi

Bank və sığorta fəaliyyəti ilə sahəsi məşğul olan şirkətlər ƏDV-yə cəlb olunmurlar, onlar bank fəaliyyəti və sığorta əməliyyatları ilə bağlı vergiyə cəlb olunurlar. Bu vergi bankın gəlirindən tutulur, misal üçün ssudaların faizindən. Bu verginin ümumi tarifi 5% təşkil edir. Bəzi əməliyyatlar, məs. banklarda olan əmanətlərin faizləri ilə bağlı əməliyyatlar isə 1% həcmində vergiyə cəlb olunur. 2008-ci ildən başlayaraq, xarici valyuta satışı vergiyə cəlb olunmur.

Həmçinin bax: Gürcüstan vergi rejimi barədə bilmədiklərimiz (1-ci hissə)

Dövlət rüsumu

Dövlət rüsumu bir çox sənədlərə, o cümlədən müqavilələrə, ödəniş veksellərinə, sərmayə yatırımlarına, akkreditivlərə, zəmanətli məktublara, maliyyə-hesabat sənədlərinə və ödəniş cədvəllərinə tətbiq olunur. Bu rüsum özlüyündə sənədin qiyməti ilə əlaqəli faizi nəzərdə tutur ki, bu da 0,189-dan 0,948% arasında tərəddüd edir.

Mülkiyyət vergisi

Mülkiyyət vergisinin üç növü mövcuddur:

  • daşınmaz əmlaka görə vergi
  • avtomobil nəqliyyatı vasitələrinə görə vergi
  • miras və vərəsəliyə görə vergi

Türkiyədə yerləşən və mülkiyyətdə olan binalar, yaşayış sahələri və torpaqlar 01%-dən 0,6% tarifi arasında daşınmaz vergiyə cəlb olunur, mədəni irsə aid edilən daşınmaz obyektlərin saxlanılması üçün isə 10% tarifi ilə vergi tətbiq olunur. Nəqliyyat vasitələrinə görə illik fiksasiya olunmuş vergi həmin vasitələrin istehsal tarixi və mühərrikinin həcmindən asılı olaraq müəyyən edilir. Mirasa və vərəsəliyə görə vergi tarifi isə 1%-30% təşkil edir.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email