Vergi məbləğlərinin hesablanması zamanı nələrə diqqət etmək zəruridir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi məbləğlərinin hesablanmasıMüvafiq vergi növləri ilə bağlı vergi məbləğlərinin hesablanması zamanı nələrə diqqət etmək zəruridir?


Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləği

Bu vergi məbləğinin « Vergi kalkulyatoru »nda hesablanması üçün «Ödəyici qrupu» hissəsindən müvafiq seçim edilir. Daha sonra yaşayış sahəsi və qeyri-yaşayış sahəsi xanalarına müvafiq məlumatlar daxil edilir. «Daşınmaz əmlakın yerləşdiyi ərazi» hissəsindən daşınmaz əmlakın yerləşdiyi ərazi seçilir. Bu zaman təklif edilən variantlardan «Bakı şəhəri» seçilərsə «Zona seçimi» hissəsi aktivləşir və həmin hissənin üzərinə sıxıldıqda «Zona üzrə axtarış» adlı səhifəyə keçid edilərək Bakı şəhərinə uyğun zonalar üzrə axtarış imkanı yaranır.

«Zona üzrə axtarış» səhifəsindəki «Axtarış bölməsi»nə məlumat daxil edilib «Enter»  düyməsi sıxılmaqla axtarış edilir, həmin bölməyə heç bir məlumat daxil edilmədikdə isə bütün zonalar ekranda əks olunur. Bu zaman «Zonalar üzrə xəritə»dən də istifadə olunmaqla axtarış etmək mümkündür. Müəyyən edilmiş zona «Verginin hesablanması» səhifəsindəki «Zona seçimi» bölməsinə daxil edilir. «Daşınmaz əmlakın yerləşdiyi ərazi» hissəsindən digər ərazilər seçildikdə isə «Zona seçimi» bölməsi deaktivləşir. Sonda sadələşdirilmiş verginin məbləği ekranda əks olunur.

Bax: Əməkhaqqılar üzrə vergi yükü 26%-ə düşəcək
Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər

Bunun üçün istifadəçi «Ödəyici» qrupu hissəsindən müvafiq seçim edir. «Yaşayış sahəsi» və «Qeyri-yaşayış» sahəsi xanalarına müvafiq məlumatlar daxil edilir, «Daşınmaz əmlakın yerləşdiyi ərazi» hissəsindən daşınmaz əmlakın yerləşdiyi ərazi seçilir. Bu zaman «Bakı şəhəri» seçildikdə «Zona seçimi» hissəsi aktivləşir və həmin hissənin üzərinə sıxıldıqda «Zona üzrə axtarış» adlı səhifəyə keçid edilərək Bakı şəhərinə uyğun zonalar üzrə axtarış imkanı yaradılır. «Zona üzrə axtarış»dakı «Axtarış bölməsi»nə məlumat daxil edilib «Enter» düyməsi sıxılmaqla axtarış edilir, həmin bölməyə heç bir məlumat daxil edilmədikdə isə bütün zonalar ekranda əks olunur. Bu zaman «Zonalar üzrə xəritə»dən də istifadə olunmaqla axtarış etmək mümkündür. Müəyyən edilmiş zona «Verginin hesablanması» səhifəsindəki «Zona seçimi» bölməsinə daxil edilir. «Daşınmaz əmlakın yerləşdiyi ərazi» hissəsindən digər ərazilər seçildikdə isə «Zona seçimi» bölməsi deaktivləşir. Sonda sadələşdirilmiş verginin məbləği ekranda əks olunur.

Bax: 2019-cu ildən əmək haqqı necə hesablanacaq?
Torpaq vergisinin hesablanması

Bunun üçün ilk növbədə torpağın növü seçilməlidir. Əgər «Torpağın növü» bəndindən «Kənd təsərrüfatı torpaqları» seçilərsə, bu zaman torpağın sahəsinin kvadratmetri yanzılmalıdır. Bundan sonra torpaq vergisinin məbləği  ekranda əks olunur.

Bu torpaq növü üzrə «Təyinatı üzrə istifadə edilən və ya müxtəlif səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları» bəndi aktiv edilərsə, bu zaman ekranda «Ərazi» pəncərəsi açılacaq və buradan torpağın yerləşdiyi ərazi siyahıdan seçilməlidir. Daha sonra keyfiyyət qrupu və torpağın sahəsi qeyd edilməlidir. Torpaq sahəsi biçənək, örüş və ya otlaq olarsa, torpağın sahə ölçüsü də qeyd edilməlidir. Bundan sonra torpaq vergisinin məbləği hesablanır.

Bax: İcarəyə götürülmüş avtomobilə amortizasiya hesablana bilər?

«Torpağın növü» siyahısından «Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar» seçildikdə  torpağın yerləşdiyi ərazinin sahəsi qeyd edilməli və bundan sonra vergi hesablanmalıdır. Torpağın növü yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar olarsa, bu zaman torpağın yerləşdiyi ərazi seçilir, daha sonra torpağın sahəsi qeyd edilir. Bundan sonra torpaq vergisinin məbləği ekranda əks olunur.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Print Friendly, PDF & Email