Bax: Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, hansı güzəştlər var?
Cavab: Vergi Məcəlləsində istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər Vergi Məcəlləsində digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.
Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə uyğun olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
Fiziki şəxslərə ödənilən kompensasiya xarakterli ödənişlərə nələrin aid edildiyi isə Vergi Məcəlləsinin 102.1.14.1-102.1.14.16-cı maddələrində sadalanmışdır.
Bax: Vergi Məcəlləsinin 102.1.10-cu və 102.1.14-cü maddələri.
Mənbə: taxes.gov.az
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.