“Vergi ödəyicisinin qanunla qorunan hüquq və mənafelərini Vergilər Nazirliyi müdafiə etməlidir”

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi ödəyiciləri xidmət mərkəzləri Aktiv vergi Vergilər satıcı xitamSon 2 həftə ərzində Vergilər Nazirliyi operativ vergi nəzarəti tədbirləri həyata keçirir. Bu nəzarət tədbirlərinin məqsədi dövriyyənin gizlədilməsi məqsədilə kassa aparatlarından istifadə edilməməsi hallarını aşkar etmək və əmək müqaviləsi olmayan işçilərin müəyyən edilməsidir. Bu funksiya vergi orqanlarına VM ilə verilmiş hüquqdur.

Ekspert Vəli Əliyev bildirir ki, Vergilər Nazirliyinin üzərinə VM müəyyən vəzifələr də qoymuşdur. Bu vəzifələrdən biri də Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etməkdir. Yəni vergi ödəyicisinin qanunla qorunan hüquq və mənafelərini məhz Vergilər Nazirliyi müdafiə etməlidir. Yuxarıda deyildiyi kimi Vergilər Nazirliyi tərəfindən keçirilən operativ nəzarət tədbirləri fonunda vergi ödəyicilərinin bilməsi lazım olan məqamı xatırlatmaq vacibdir.

2019-cu ildə kassa çekinin təqdim edilməməsi və əmək müqaviləsi bağlanılmaması faktı aşkarlanıbsa və bu qanun pozuntusuna 2019-cu ilin yanvarın 1-dən başlayaraq bir il müddətində birinci dəfə yol verilibsə maliyyə sanksiyası tətbiq olunmur. Belə hal ilk dəfə aşkar ediləndə vergi orqanı bu barədə sahibkara rəsmi yazılı xəbərdarlıq edir. Bu hal il ərzində təkrarlandığı halda isə maliyyə sanksiyaları başlayır. Sanksiyaların məbləği 1-ci dəfə üçün 2 min manat, 2-ci dəəfə üçün 4 min manat, 3-cü dəfə üçün isə 6 min manatdır.

Mühüm məqam ondan ibarətdir ki, işçilərin müqaviləsiz işləməsi ilə bağlı ikinci hal aşkar edilsə onda göstərilən sanksiyalar hər bir işçi üçün tətbiq ediləcək. Məsələn, yoxlama zamanı sahibkarın 3 işçisinin müqaviləsiz çalışdığı aşkar olunsa, hər işçiyə görə, 2 min manat olmaqla 6 min manat, 3-cü dəfə olduqda isə hər işçiyə görə 4 min manat olmaqla 12 min manat sanksiya tətbiq edilir.

Mənbə: fed.az

Həmçinin bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi ödəyicisi
Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir