Vergitutma obyekti ticarət əlavəsi olan halda ƏDV əvəzləşir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergitutma obyekti ticarət əlavəsi olan halda ƏDV əvəzləşir?

Sual: ƏDV məqsədləri üçün Azərbaycan Respublikasında istehsal olunan kənd təsərrüfatı mallarının pərakəndə satışı ilə məşğul olan şəxslər üçün vergitutma obyekti ticarət əlavəsidir. Həmin şəxslər tərəfindən alınan kənd təsərrüfatı və digər mallara görə 175-ci maddəyə uyğun olaraq ödənilmiş ƏDV əvəzləşdirilə bilər?
Cavab: Bildiririk ki, Azərbaycan Respublikasında istehsal olunan kənd təsərrüfatı mallarının yalnız pərakəndə satışı zamanı Əlavə Dəyər Vergisi ticarət əlavəsinə tətbiq olunur və həmin mallar topdansatış qaydasında təqdim olunduğu zaman ƏDV ümumi qaydada tətbiq olunur. Həmin malları topdansatış qaydasında alarkən Əlavə Dəyər Vergisi ödəyən şəxs, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əməl etdiyi halda, ödədiyi Əlavə Dəyər Vergisini əvəzləşdirmək hüququna malikdir.
Əsas: Vergi Məcəlləsinin 159.1-ci  175-ci maddələri.
Mənbə: taxes.gov.az

 Bax: 



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email