VLOOKUP funksiyasındakı son komponentin (TRUE & FALSE) vacibliyi

posted in: Excel, Xəbər | 0
birbank biznes

VLOOKUP funksiyası-ndan o qədər çox istifadə etmişik ki, onun ən vacib komponenti olan, sondakı TRUE / FALSE komponentinin hansı anlam daşıdığı haqqında heç vaxt düşünməmişik. Halbuki, funksiyanın bəlkə də ən kritik əhəmiyyətə malik hissəsi məhz odur.

1. Sıralanmış siyahılarda VLOOKUP

Nə qədər qəribə səslənsə də, axtarılan dəyərə aid diapazonun əlifba sırasına görə sıralanıb-sıralanmaması, nəticəyə ciddi təsir göstərəcəkdir. Məsələn, yuxarıdakı misalımızda, saat markaları əlifba sırasına görə sıralanmışdır və belə olan halda, gəlin, TRUE və ya FALSE komponentinin hansı nəticəni verəcəyinə baxaq.

FALSE (Exact match) = İlk nəticə
Son komponent olaraq FALSE, və ya sıfır yazsaq, kriteriyanı təmin edən ilk nəticə görüntülənəcəkdir. Bu, VLOOKUP funksiyası-nın alışıq olduğumuz, ənənəvi istifadə qaydasıdır.

 

TRUE (Approximate match) = Son nəticə

TRUE/FALSE komponenti ümumiyyətlə daxil edilməsə, Excel avtomatik olaraq bunu TRUE, yəni 1 olaraq qəbul edəcəkdir. Və sıralanmış diapazonlarda TRUE komponenti hər zaman ən sonuncu nəticəni gətirəcəkdir.

Bir başqa deyişlə, 4-cü komponent olaraq heç nə daxil etməməklə, TRUE daxil etmək tamamilə eyni nəticələri verəcəkdir.

Məsələn, praktik bir misal ilə açıqlayası olsaq, FIFO (First-In, First-Out) sistemi ilə ehtiyatları qiymətləndirən şirkətlər 4-cü komponent olaraq FALSE, LIFO (Last-In, First-Out) sistemi ilə işləyənlər isə, TRUE komponentindən istifadə etməklə, eyni mala aid birdən çox dəyər olduğu halda, ən birinci və ya ən sonuncu dəyərin nə olduğunu müəyyən edə bilərlər.

2. Sıralanmamış siyahılarda VLOOKUP

Əlifba sırasına görə sıralanmamış diapazonlarda FALSE komponenti hər zaman kriteriyanı təmin edən ilk nəticəni gətirəcəkdir.

Əlifba sırasına görə sıralanmamış diapazonlarda TRUE komponenti isə, bir az təhlükəlidir, çünki əksər hallarda səhv nəticə ilə qarşı-qarşıya olacağıq.

Yuxarıdakı misaldan da görürük ki, Patek Philippe saat markasını sıralanmamış diapazon daxilində TRUE (yəni 1) komponenti ilə axtarsaq, o zaman o markaya aid olmayan bir dəyərlə qarşılaşacağıq. Formul bizə 150 nəticəsini verdi, halbuki o saata aid cəmi 2 dəyər var: 100 və 130.

NƏTİCƏ

Nəticə olaraq, əsas 2 prinsip nəzərdə tutulmalıdır:

1. Məcbur qalmadıqca, 4-cü komponent olaraq hər zaman FALSE (və ya 0) istifadə edilməlidir.

2. Məcbur TRUE komponentindən istifadə etməli olduqda isə, axtarılan dəyərin içində olduğu diapazonun məntiqi ardıcıllıqla sıralanmış olmalı olduğudur.

Müəllif: Elçin Xəlilov


Bax: 


Print Friendly, PDF & Email