VM-in 165.1.7-ci maddəsinin tətbiqi zamanı hansı sənədləşmə əməliyyatları aparılmalıdır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

sənədləşməSual: Müəssisə Podrat üsulu xidmət göstərdiyi təqdirdə VM 165.1.7-ci maddəsinə əsaslanaraq aldığı mal-material və xidmət dəyərlərindən ƏDV ödənişini etməkdə azaddırmı?

Bu halda tərəflər arasında hər hansı sənədləşmə əməliyyatları aparılmalıdırmı?

Müəssisə Sənaye parkı rezidenti kimi elektrik enerjisi üzrə əldə etmiş olduğu xidməti VM 165.1.7-ci maddəsinə əsaslanaraq podrat xidməti kimi qeyd edə bilərmi?

Həmçinin oxu: Səyyar satış zamanı sənədləşmə necə həyata keçirilir?

Cavab: Bildiririk ki, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Prezidentinin) qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Prezidentinin) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinə podratçı tərəfindən, podratçıya isə onunla birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2016-cı il mayın 1-dən 5 il müddətinə ƏDV-yə 0 (sıfır) faiz dərəcə ilə cəlb edilir. Vergi Məcəlləsinin 165.1.7-ci maddəsində “sənaye parkı” dedikdə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən yaradılmış Qaradağ Sənaye Parkı, “müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti” dedikdə, gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti nəzərdə tutulur. Qeyd edilən sənaye parkında ƏDV-nin sıfır (0) dərəcəsi ilə tətbiq edilməsi üçün təqdim edilməli sənədlərlə bağlı bildiririk ki, sənaye parkının rezidentinə gəmiqayırma fəaliyyəti ilə bağlı təqdim edilən mallara (işlərə, xidmətlərə) görə ƏDV-nin sıfır (0) dərəcəsi ilə tətbiq edilməsi məqsədi ilə malı (işi, xidməti) təqdim edən şəxslərə (podratçılara) sənaye parkının rezidenti tərəfindən onun rezinent olduğunu təsdiq edən sənaye parkının qeydiyyat şəhadətnaməsi təqdim edilir və həmin malların (işlərin, xidmətlərin) gəmiqayırma fəaliyyətinin məqsədləri üçün alınması isə tərəflər arasında bağlanmış müqavilə ilə təsbit edilir. Podratçıya onunla birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsinə görə ƏDV-nin sıfır (0) dərəcəsi ilə tətbiq edilməsi məqsədi ilə sənaye parkının rezidenti tərəfindən podratçıya subpodratçının adı və VÖEN-i göstərilməklə sənaye parkının rezidenti olduğunu, podratçının isə sənaye parkının rezidentinin podratçısı olduğunu təsdiq edən arayış və bu arayışa əlavə edilmiş müvafiq şəhadətnamə təqdim edilir. Bu arayış əsasında subpodratçı bu fəaliyyəti ilə bağlı podratçıya təqdim etdiyi mallara (işlərə, xidmətlərə) ƏDV-ni sıfır (0) dərəcəsi ilə tətbiq edir. Eyni zamanda sənaye parkının rezidentinə podratçı tərəfindən, podratçıya isə onunla birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün ƏDV-ni sıfır (0) dərəcə ilə tətbiq etməklə mal (iş, xidmət) təqdim edən vergi ödəyiciləri tərəfindən vergi orqanına ƏDV bəyannamələri təqdim olunarkən, həmin əməliyyatlarla bağlı müvafiq təsdiqedici sənədlər (ƏDV-nin sıfır (0) dərəcə ilə təqdim edilməsi ilə bağlı arayışın, müqavilənin və s. surətləri) əlavə edilməlidir. Qeyd edilən sənaye parkının rezidentinə gəmiqayırma fəaliyyəti ilə bağlı təqdim edilən xidmətlərə, o cümlədən elektrin enerjisinə yuxarıda qeyd edilən sənədlər əsasında ƏDV sıfır (0) faiz dərəcə ilə tətbiq edilə bilər.

Həmçinin oxu: Vergi Məcəlləsinin 98-ci maddəsinin misallarla izahı.

Bax: Vergi Məcəlləsinin 13.2.52-ci və 165.1.7-ci maddəsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 226-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01.06.2016-cı il tarixli 927 nömrəli Fərmanının 1.29-cu bəndi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email