Kadr uçotunun avtomatlaşdırılması (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Kadr uçotuİldən ilə kadr uçotu sahəsi daha da mürəkkəbləşməkdə davam edir. Əmək qanunvericiliyi isə sərtləşmə istiqamətində dəyişir. Həmçinin şirkətlərin genişlənməsi də öz rolunu oynayır, hansı ki, daha çox adamları işə götürürlər.

Təbii ki, şirkət nə qədər böyük olursa – bütün müasir standartlara cavab verən kadr uçotu sistemini yaratmaq, bir o qədər mürəkkəbləşir.

Həll yolu kadrlar kargüzarlığının avtomatlaşdırılması ola bilər.

Sözügedən avtomatlaşdırılma təkcə səhvlərin sayını azaltmır, eləcə də biznesin gəlirliliyini yüksəldir.

Məsələn, bu gün Rusiyada kadrlar məsələsinin “əllə” həll olunduğu şirkətlər demək olar ki, yoxdur. Bu aydındır: ildən ilə dövlətin bu sahədə tələbləri yüksəlir. Yekunda əmək normalarına cavabdeh olan ştat əməkdaşlarının sayının artması və onların yüklənmə əmsalının yüksəlməsi baş verir. Biznes sadəcə kadrlar uçotu üzrə avtomatlaşdırma sistemini tətbiq etməyə məcburdur.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Məzmun:

  • Kadrlar uçotunun avtomatlaşdırılması mərhələləri
  • Kadrlar uçotunun avtomatlaşdırılması proqramları
  • Necə seçməli?
Kadr uçotu –  avtomatlaşdırılma mərhələri

İstənilən digər mürəkkəb proses kimi, kadrlar uçotu avtomatlaşdırılması da mərhələli tətbiq olunma tələb edir. Sistemin bütün gücü ilə işə salınmasından ötrü – hər bir mərhələnin maksimum dəqiqliklə həyata keçirilməsi çox zəruridir. Bunlar hansı mərhələlərdir?

Birinci mərhələdə əsas məqsədlər / avtomatlaşdırmanın tapşırıqları müəyyən edilir. Effektiv sistemin qurulmasına elə bundan başlanılır. Burada ondan əlavə, kriteriyalar və tələblər də müəyyən edilir. Başlanğıcda buraxılan istənilən bir səhv, bütün sistemin işini poza bilər.

Sistemin tətbiqi. Bu mərhələ avtomatik uçot sistemindən istifadə etməyə imkan verən texniki bazanın yaradılmasını təklif edir.

Sistemdən istifadə edəcək personalın öyrədilməsi. Bu çox vacib mərhələdir, hansı ki, sizin adamlar yeni sistemlə işləmək üçün təkcə praktiki vərdişlərə yiyələnmirlər, həm də öz qorxularını adlamağı öyrənirlər.

Elektron imzanın (Eİ) hazırlanması üzrə xidməti qeydiyyat mərkəzləri həyata keçirir. Bu mərkəzlər elektron imzanın tərtib olunması zamanı vasitəçilik edirlər. Elekron imzaya açar sertifikatının müddəti bir il təşkil edir. Bu müddət ərzində elektron imza sahibi sənədləri tərtib edə və imzalaya bilər.

Sonuncu çox mühümdür, çox vaxt köhnə dövr insanları kompüter texnikasından istifadə etməkdən çəkinirlər. Və elə bu mərhələnin əsas məsələsi bu qorxunu adlamaqda onlara yardım etməkdir, ya da onların xidmətindən imtina etmək və yararlı icraedici axtarıb tapmaqdır.

Həmçinin bax: Kadr uçotunun aparılmasını necə təşkil etməli?

İlkin məlumatların sistemə daxil edilməsi və işlərə başlamaq. Bu mərhələdə işlər üçün zəruri olan məlumat bazası yaradılır. Personalın öyrədilməsi də buna paralel aparılır. Eləcə də məhz, buradan əsas işlər başlayır.

Sistem hələ tam gücünə çatmayıbsa da, adamlar artıq öyrənib və bütün standartlara müvafiq çalışa bilirlər.

Avtomatlaşdırılmış sistemin genişləndirilməsi və engineering hesabatları. Sistem inkişaf etməyə başlayır və yeni məlumatlarla zənginləşir. Tədricən köhnə informasiya da ona daxil edilir. Yekunda avtomatlaşdırma sistemi müəssisənin yaradıldığı vaxtdan indiyədək olan bütün məlumatları özündə ehtiva edir.

Eləcə də son mərhələdə şirkətin idarə olunması ilə bağlı tələbata müvafiq hesabatların şablonları yaradılır.    

Yazının davamını növbəti hissədə əlavə edəcəyik.

Həmçinin bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email