Mühasibat uçotunun inkişaf mərhələləri (45-ci hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibat uçotu – inkişaf mərhələləri (45-ci hissə)

44-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


təmir, gəlir, xərc,boşdayanma, boşdayanmaya görə ödəniş,Avstriyalı I. Şrott kameral mühasibatlıq uçotunun görkəmli nəzəriyyəçisi idi. O, mühasibat uçotunun məqsədini iqtisadçıya vurduğu zərərin qarşısını almaq və aşkar etməkdə görürdü. Şrott ikili mühasibatlıqla məşğul olsa da, lakin kameralistlər məktəbinə aid idi və uçotun mərkəzində, smetanı görürmüşdü və o, smetanı təsərrüfat rəhbərinin hərəkətlərinə nəzarət etmək üçün bir üsul hesab edirdi. Şrottun ideyalarını digər alimlər də dəstəkləyirdilər, xüsusilə F. Gyuqli, A.M. Qalaqan qeyd edirdi ki, alman müəlliflərinin baxışlarının səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, onların təsərrüfat nəzarəti hərəkətlərin formal yoxlanılmasına aparıb çıxarır. Administrasiya əməliyyatlara yalnız qanunilik baxımından  nəzarət edir, lakin, onların məqsədəuyğunluğu baxımından nəzarət etmir.

Konstant mühasibatlıq.  XIX əsrin mühasibləri ikili və kameral mühasibatlıq uçotunun vahid sistemini yaratmağa çalışdılar. M. Riva ikili mühasibatlığıın yalnız mənfəət əldə edən kommersiya müəssisələri üçün məqbul olduğunu iddia etdi; sadəcə onlara ayrılan vəsaitləri xərcləməklə məşğul olan büdcə müəssisələri ikili qeydiyyatdan istifadə etməməlidirlər. Tədqiqatçıların fikrincə, kameral mühasibatlıqdan fərqli olaraq ikili mühasibtlıq ayırmaların uçotunu aparmağa imkan vermir. Belə ki, o, planlı müəssisəni iqnor edir.

Kameral mühasibatlıq büdcə hüququnun əsaslarından gəlir və bütün cari mühasibat smetanın icrasının nəzarətinə tabedir. Riva hesab edirdi ki, ikili mühasibatlıq daha sadədir. Çünki ikinci funksiyanı həll etmir – cari uçot smetanın icrasının nəzarətinə tabe deyildir. M. Rivanın bu baxışını bir çox alimlər, o cümlədən isveçrəli alim F. Gyuqli də bölüşürdülər. O, öz təlimini  konstant-mühasibatlıq adlandırmışdı. Yalnız ikili mühasibatlığın mövcudluğunu qəbul edən müasirlərindən fərqli olaraq, Gyuqli onların dördünü təklif edib:

  • sadə;
  • kameral;
  • ikili mühasibatlıq;
  • konstant-mühasibatlıq.

Gyuqli də Şrott kimi rəhbərliyin və maddi məsuliyyətli şəxslərin hesabatlarını yoxlamaq məqsədi ilə mühasibatın nəzarət rolunu xüsusi hadisə kimi nəzərdən keçirilmiş dəyərlərin qorunmasına deyil, təsərrüfat fəaliyyətinin onun qarşısında qoyulmuş vəzifələrə uyğunluğunun müəyyən edilməsinə xüsusi diqqət ayırırdı. Gyuqli hesab edirdi ki, mühasibatlıq öz predmeti ilə əmlakın tərkib hissələrinin düzgün yazılmasına və onların dəyişməsinə malikdir, bu zaman mühasibatlıqda inventar yanaşması izlənilir, hüquqi aspekt tam yoxdur və dövriyyə uçotu saldo üzrə uçota qarşı qoyulur.

1887-ci ildə Gyuqli hesabların iki sıra nəzəriyyəsini formalaşdıraraq, bütün hesabları iki qrupa bölmüşdü:

  • əmlak;
  • onların riyazi cəhətdən qarşılıqlı əks xarakterini göstərən xalis əmlak.

Tarixən əmlak hesabları təmiz əmlak hesablarından əvvəl yaranmışdı. Yalnız təmiz əmlak hesablarının yaranması sadə mühasibat uçotunu ikili mühasibat uçotuna çevirmışdi. Xalis əmlakın hesablarını ayıran Gyuqli, onların saxlanmasını mühasibat uçotunun məqsədi hesab etdi, lakin onun doktrinası müasirləri tərəfindən qəbul olunmadı.


46-cı hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email