Vergilər Nazirliyinin mövzuya dair şərhində bildirilir ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. (Turagentlər)
Əsasən aviabilet və turpaketlərin satışı ilə məşğul olan agentlər də sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirərək mənfəət və ya gəlir vergisinin ödəyicisi olublar. Artıq ötən ildən aviabilet və turpaketlərin satışını həyata keçirən hüquqi şəxslər mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərirlər. Turagentlərin vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından (alış və satış qiyməti arasındakı fərq) ibarətdir.
Aviabilet və tur paketlərinin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə olunan komisyon haqlarının həcmi 200.000 manatdan artıq olduqda həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Turagentlər tərəfindən tətbiq edilən komisyon haqları turpaketlərin və ya aviabiletlərin alışı ilə satışı arasındakı fərq kimi müəyyən edilir. Tutaq ki, agent bileti 100 manata alır və 110 manata satır. Bu zaman 10 manat gəlir əldə edir. Bununla yanaşı, satışa görə 5 faiz komissiya (100*5%=5 manat) alır. Nəticədə turagentin 1 biletdən cəmi gəliri 15 (10+5) manat olur.
Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi vergidən azad edilib. Bu müddəa illik gəlirləri 200.000 manatdan az olan turagentlərə şamil edilir.
Misal: Tutaq ki, turagentin bilet satışından əldə etdiyi illik gəliri 12 min manat olub. Bu məbləğ 200 min manatdan az olduğu üçün həmin vergi ödəyicisi mikro sahibkarlıq subyekti hesab olunur. Buna görə də vergi ödənişlərində 75 faiz güzəşt əldə edir. Bu halda sahibkarın 9 min manatlıq gəliri vergidən azad edilir:
12.000 – 9000 = 3000 manat
3000 x 20% = 600 manat.
Deməli, illik gəliri 12 min manat olan turagent cəmi 600 manat vergi ödəməlidir.
Mənbə: vergiler.az
Bax:
166-cı maddədə “debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt” dedikdə nə nəzərdə tutulur?
Əmtəəsiz əməliyyat nədir?
Maddi yardım məcburi dövlət sosial sığortasına cəlb edilməyən gəlirlərə aiddir?
Vergi ödəyicisi VÖEN-i bağlamaq üçün nə etməlidir?
Yeni kassa aparatlarının istifadəsi zamanı güzəşt varmı?
MMC-lərin hansı hallarda dividend vermək səlahiyyəti yoxdur?
Şirkət əvvəlki illərdə alınmış daşınmaz əmlakını satarkən vergilər necə hesablanmalıdır?
Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
Bir şəxslə eyni vaxtda həm əmək həm də xidmət müqaviləsi bağlamaq olar?
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun